“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub | |
Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında keçirilən “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinə yekun vurulub.
Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 3 mərhələ üzrə keçirilən müsabiqəyə ümumilikdə 10 000-dən çox istedadlı şagird qatılıb.
Festival-müsabiqənin yekun konserti cari ilin 1 iyun tarixində Şuşa şəhərində I yerlərin qaliblərinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək olub. Həmçinin təhsilalanları vətənpərvərlik, torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.
|
|
14.05.2022 | 15:59 | |
|
|
|