BDU tələbələri üç rayonda təcrübədə olublar

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbələri Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Qəbələ Arxeoloji Mərkəzində təcrübədə olublar.

 

Təcrübədə Tarix ixtisası üzrə 122, Tarix müəllimliyi ixtisası üzrə 109 tələbə və SABAH qrupları Tarix müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəyə Arxeologiya və etnoqrafiya kafedrasının professor-müəllim heyəti rəhbərlik edib.  

 

Təcrübə zamanı tələbələr Azərbaycan tarixinin tarixi-etnoqrafik, habelə arxeoloji  nümunələri ilə tanış olub, onlarla bağlı ətraflı məlumat əldə ediblər.

 

 



14.05.2022 | 12:33