Yaponiya məktəblərində süni intellekt tətbiq olunacaq | |
Yaponiya 2019-cu ildə süni intellekt sistemlərini məktəb təhsilinə tətbiq etmək niyyətindədir. Bu haqda yerli KİV məlumat yayıb. Layihəyə əsasən, süni intellekt dörd il ərzində müxtəlif yaşlı məktəblilərin davamiyyəti haqqında məlumatları toplayacaq. Sistem alınmış məlumatları təhlil edərək şagirdlərin güclü və zəif tərəflərini, eləcə də uşaqların informasiyaları yaxşı və ya pis mənimsəməsinin səbəblərini müəyyənləşdirəcək.
Güman edilir ki, yenilik hər bir şagird üçün onların öz bacarıqlarını inkişaf etdirə biləcəkləri fərdi proqramların hazırlanmasına kömək edəcək. Ev tapşırıqları da hər bir uşağın maraqları nəzərə alınmaqla fərdiləşdirilmiş olacaq.Hazırda Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyi eksperimentdə iştirak edəcək məktəblərin sayını müəyyənləşdirir. Bunun üçün 2019-cu maliyyə ilində büdcədən əlavə vəsait ayrılacaq.
Oruc MUSTAFAYEV
|
|
24.08.2018 | 12:29 | |
|
|
|