BDU-nun doktoranturasına qəbul imtahanlarında 289 nəfər iştirak edəcək | |
Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2022-ci il üçün doktoranturaya qəbul imtahanlarına 289 nəfər qatılacaq.
BDU-dan bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 264 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 68, qiyabi bölməsinə 190, dissertanturaya 6 nəfər sənəd verib.
Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 25 nəfər iştirak edəcək. Elmlər doktoru proqramı üzrə doktoranturanın qiyabi bölməsinə 17, dissertanturaya 8 nəfər sənəd verib.
Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə qəbul imtahanında məqbul qiymət alan namizədlər BDU-da keçiriləcək fəlsəfə və ixtisas fənləri üzrə imtahanlarda iştirak edəcəklər.
|
|
12.05.2022 | 16:26 | |
|
|
|