Tələbə-könüllülər gələcəyin müəllimlərinə dəstək olublar

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə uğurla başa çatıb.

 

Müsabiqənin 16-31 iyul tarixlərində 39 min 163 namizədin iştirakı ilə keçirilmiş test mərhələsində və 13-18 avqust tarixlərində 4 minə yaxın namizədin iştirakı ilə keçirilmiş müsahibə mərhələsində 130-a yaxın tələbə-könüllü iştirak edib. Tələbə-könüllülər müsabiqənin keçirildiyi tarixlərdə namizədlərin məlumatlandırılması, yönləndirilməsi, eyni zamanda imtahan prosesində nəzarətçi qismində fəaliyyət göstəriblər.

 

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.

 



21.08.2018 | 16:00