Maliyyə ixtisasının tələbələri üçün təlim | |
Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Maliyyə ixtisasının tələbələri üçün təlim keçirilib.
Təlim “Paşa Bank”ın KOS bankçılıq departamentinin rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova tərəfindən aparılıb. O, “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda təqdimatla çıxış edib.
Təlimdə biznes strategiyasından, onun uğurlu formada qurulmasından, həmçinin üsullarından bəhs olunub. Biznesin bazardakı mövqeyinin SWOT analizi ilə müəyyən edilməsi, eyni zamanda beynəlxalq təcrübə ilə bağlı zəruri məlumatlar tələbələrin diqqətinə çatdırılıb.
İnteraktiv şəkildə davam edən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
|
|
10.05.2022 | 11:20 | |
|
|
|