Finlandiyada yeni tədris ili başlandı | |
Finlandiya məktəblərinin əksəriyyətində yeni tədris ili başlayıb. Məktəb tətilləri bələdiyyələrdən asılı olaraq müxtəlif günlərdə başa çatıb. Bəzi əyalətlərdə- Xyameenlinna, Pori və Rovaniemidə uşaqlar avqustun 8-dən məktəbə qayıdıblar. Kiçikyaşlı finlərin əksəriyyəti isə, məsələn, Helsinkidə avqustun 9-da parta arxasında əyləşib. Finlandiyada yay tətilləri iyunda başlayıb. Ölkənin İqtisadi İnkişaf Nazirliyi turizm mövsümü ilə bağlı tətillərin iki həftə əvvəl başlamasını təklif edib.
Təhsil idarəsinin məlumatına görə, bu il Finlandiyada birinci sinfə 61, liseylərə isə 32 min uşaq gedəcək. Bütövlükdə I-IX siniflərdə 560 min şagird oxuyacaq. Bu isə ölkə əhalisinin 10 faizini təşkil edir. Son illərdə aşağı siniflərdə şagirdlərin sayı artır. Bundan başqa, bəzi məktəblilər ana dili kimi fin dilini deyil, İsveç və ya saam dilini öyrənir. 2016-cı ildə məktəblərin aşağı siniflərində başqa dildə danışan uşaqların sayı 6,5%, liseylərdə isə 5,5% təşkil edib.
Oruc MUSTAFAYEV
|
|
19.08.2018 | 09:30 | |
|
|
|