Yerdəyişmə üzrə elektron qeydiyyat mərhələsi başa çatıb | |
Aprelin 25-dən start verilən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün ümumilikdə 6407 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək.
|
|
04.05.2022 | 13:38 | |
|
|
|