Təhsil naziri Qubada vətəndaşları qəbul edəcək | |
Təhsil naziri Emin Əmrullayev 13 may 2022-ci il tarixində Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri 4 – 10 may 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
|
|
04.05.2022 | 11:41 | |
|
|
|