Təhsil nazirinin müşaviri BDU-da ustad dərsi keçib | |
Təhsil nazirinin müşaviri Nicat Məmmədli Bakı Dövlət Universitetində (BDU) “Sosial elmlərdə tədqiqat və elmmetriya” adlı ustad dərsi keçib.
N.Məmmədli elmi məqalənin dataya əsaslanmaması, metodologiyadan düzgün istifadə edilməməsi və akademik yazı qaydalarına riayət edilməməsinin tədqiqatların keyfiyyətinə təsir göstərən amillərdən olduğunu diqqətə çatdırıb. Metrik bazalarda indeksləşmə prosesinə diqqət çəkən məruzəçi fərdi profillərin olmaması, institusional bağlılıq kimi problemlərə də aydınlıq gətirib. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
|
|
29.04.2022 | 15:18 | |
|
|
|