“Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği”

“Gəncliyə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihə çərçivəsində nəzərdə tutulmuş səkkizinci maarifləndirmə tədbirini keçirib. Tədbir Zərdab rayonunun Əlvənd, Otmanoba kəndlərindən 27 nəfər məktəbli, müəllim və valideynin iştirakı ilə Əlvənd kənd mədəniyyət evində baş tutub.

 

Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin  həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq çətinliyini aradan qaldırmaqdan ibarətdir.

 

İctimai Birliyin sədr müavini Eldar Xəlilov gənclərin gələcək karyeralarında peşə seçiminin önəmli faktor olduğunu bildirib.

 

Birliyin sədri Vəfa Xəlilli isə layihənin növbəti mərhələləri haqqında məlumat verib. Həmçinin tədbirdə peşə təhsilinə müraciət etmə qaydaları, məktəblilərin düzgün peşə seçiminin önəmindən danışılıb.

 

Qeyd edək ki, layihə 4 ay müddətində Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.

 



28.04.2022 | 14:35