Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır | |
Aprelin 25-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.
Qeyd edək ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Əlavə olaraq, müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:
Müsabiqədə iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!
|
|
25.04.2022 | 09:52 | |
|
|
|