“Oxu günü” keçirilib | |
Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.
Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər.
“Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda biliklərini sınamaq imkanları yaradılıb. Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fləşmob, xoreoqrafik etüdlər nümayiş olunub.
|
|
22.04.2022 | 19:52 | |
|
|
|