"Sağlam Təhsil-Sağlam Millət” layihəsinin hesabat tədbiri keçirilib | |
"Sağlam Təhsil-Sağlam Millət” layihəsinin onlayn hesabat tədbiri keçirilib.
Tədbirdə bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərləri üzrə 40 məktəbdə gigiyenik normalara tam cavab verən sağlam təhsil sinifləri fəaliyyət göstərir, 11 məktəbdə isə maarifləndirmə işləri həyata keçirilir.
Qeyd olunub ki, 2021-2022-ci tədris ilində sağlam təhsil siniflərinin müəllimləri üçün 30 təlim təşkil edilib. İlboyu mentorlar qrupu üçün təlimlər davam etməkdədir. İndiyə kimi 20-dən çox təlim keçirilib.
Bundan başqa, layihə çərçivəsində şagirdlərin fiziki cəhətdən sağlam və çalışqan böyüməsi məqsədilə hər il turnik yarışı keçirilir. Şagirdlərin mənəvi sağlamlığın formalaşması, "Şəxsi gigiyena" mövzusunda təlimlər təşkil edilir.
Tədbirdə layihənin gələcək perspektivləri, risklər və davamlılıq məsələləri müzakirə edilib.
|
|
22.04.2022 | 18:52 | |
|
|
|