Şəmkirdə STEAM Mərkəzi istifadəyə verilib | |
Aprelin 21-də Şəmkir rayonu Kimya-biologiya təmayüllü liseydə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, STEAM Mərkəzində təhsilalanların "Robotics", "Art", "Science", CNC və 3D çap, VR, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var.
Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqəsdilə ölkə üzrə müxtəlif regionlarda STEAM Mərkəzləri yaradılmaqdadır
|
|
21.04.2022 | 17:56 | |
|
|
|