Universitet “AzEdu Academy” Təhsil Mərkəzi ilə memorandum imzalayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “AzEdu Academy” Təhsil Mərkəzinin əməkdaşları ilə görüşüb.

 

Görüşdə ali məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ADNSU-nun kontingenti üçün mərkəz tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi təşkil ediləcək, tələbələr üçün beynəlxalq sertifikatlı kurslar keçiriləcək.

 

Həmçinin, o da vurğulanıb ki, universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

 

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə memorandum imzalayıblar.

 



20.04.2022 | 15:47