Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayır | |
Aprelin 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi ilə bağlı yarana biləcək sualların cavablarını təqdim edirik: Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi - Sual-cavab
|
|
18.04.2022 | 16:50 | |
|
|
|