UTECA Könüllüləri Təşkilatı yaradılıb | |
Azərbaycan Texnologiya Universitetində UTECA Könüllüləri Təşkilatının təqdimatı keçirilib.
Tədbirə rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov, elmi katib Mətanət Əhmədova, qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Gəncə İş Adamları İctimai Birliyinin idarə heyətinin üzvü, Tədris Mərkəzinin direktoru Günel İsgəndərova və tələbələr qatılıb.
Çıxışlarda Azərbaycanın gənclər siyasətinin mühüm elementlərindən olan könüllülük hərəkatından, gənclər üçün faydasından, gələcək karyera üçün əhəmiyyətindən danışılıb, tələbələr arasında sorğu keçirilib.
Qeyd edək ki, təşkilatın yaradılmasında əsas məqsəd universitetin tələbələrində könüllülük fəaliyyətinə maraq yaratmaq, onların əmək vərdişlərini inkişaf etdirmək, universitetin ictimai, mədəni, idman, sosial, iqtisadi həyatında fəal iştirakını təmin etmək, müasir əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişməsinə müvafiq şəraitin yaradılmasıdır.
|
|
14.04.2022 | 10:55 | |
|
|
|