Beynəlxalq qiymətləndirmə tədqiqatlarına dair seminarlar | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf mərkəzi ölkə üzrə ümumtəhsil məktəblərinin təhsilalanları və təhsilverənləri üçün beynəlxalq qiymətləndirmə tədqiqatlarına (TIMSS, PIRLS, PISA, ICILS, TALIS) dair maarifləndirici seminar-dərslərin təşkilini həyata keçirir.
ADPU-dan bildirilib ki, universitetin tələbələri seminarlarda yaxından iştirak edirlər. Bu, tələbələrə beynəlxalq şagird qiymətləndirmə tədqiqatları ilə bağlı məlumat əldə etmək, tədris metodologiyaları, fənn kurikulumlarının tətbiqi kimi məsələləri əyani olaraq təcrübə etmək imkanı yaradır.
2022-ci ilin birinci yarısından başlayaraq, TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (Trends in International Mathematics and Science Study) pilot mərhələsi üzrə işlər davam etdirilir.
TIMSS (Trends in International Mathematics and Science Study) IV və VIII siniflərdə riyaziyyat və təbiət elmlərinə aid fənlər (science) üzrə beynəlxalq qiymətləndirmədir. Bu tədqiqat Boston Kollecinin Linç Məktəbindəki TIMSS və PIRLS Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən idarə edilir.
Tədqiqatın pilot mərhələsi üzrə təhsilverənlərlə seminarların təşkili, IV və VIII sinif şagirdləri ilə riyaziyyat dərsləri davam edir.
Təlimlər Bakı şəhəri üzrə 14, digər şəhər və rayonlarda isə 17 məktəbdə təşkil edilməklə ümumi olaraq 76 sinifdə aparılır.
Qeyd edək ki, TIMSS tədqiqatı üzrə əsas mərhələ 2023-cü ildə keçiriləcək.
|
|
13.04.2022 | 11:10 | |
|
|
|