Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin üçüncü kurs tələbəsi Fidan Rəhimli ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və fakültə dekanı Nüşabə Qədimli də iştirak ediblər.

 

Adlı təqaüdün hər semestr imtahan nəticələrinin yüksək olması və həmkarlar ittifaqında olan fəallığına görə ali təhsil müəssisəsinin tələbələrinə verildiyini diqqətə çatdıran Ş. Bayramov MDU tələbəsinin əldə etdiyi bu nailiyyəti yüksək qiymətləndirib.

 

Ölkə üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 65 tələbədən biri olmağı mühüm uğur kimi dəyərləndirən rektor bu münasibətlə F.Rəhimlini təbrik edib və ona uğurlarının davamlı olmasını aruzlayıb.

 

F.Rəhimli göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

 



12.04.2022 | 13:22