“Nadir bitkilərin qiymətləndirilməsi” mövzusunda treninq-seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Azərbaycan Respublikasının Qırmızı kitabının III nəşrinin hazırlanması ilə əlaqədar “Nadir bitkilərin qiymətləndirilməsi” mövzusunda treninq-seminar keçirilib.

 

Seminara Qırmızı kitabın yeni nəşrinin hazırlanmasında iştirak edən Botanika və Zoologiya institutlarında yaradılan işçi qrupun üzvləri cəlb olunub. Tədbiri Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, professor Aydın Əsgərov açaraq Qırmızı kitabın yeni nəşrinin hazırlanması üzrə yerinə yetirilən işlərdən danışıb. Alim nadir bitkilərin qiymətləndirilməsi üçün istifadə olunacaq kateqoriya və meyarları ətraflı şərh edərək beynəlxalq kateqoriyalarla yanaşı, milli meyarlara da önəm verilməsinin zəruriliyini vurğulayıb.

 

Seminarda bioloq və zooloq alimlər seminarın mövzusuna uyğun olaraq hazırladıqları təqdimatlarla şıxış edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Sonda Qırmızı kitabın III nəşrinə daxil ediləcək fauna və floraya aid növlərin qiymətləndirilməsinin Ətraf Mühitin Qiymətləndirilməsi (İUCN) qaydalarına uyğun olaraq aparılması qərara alınıb.

 

 



11.04.2022 | 17:19