“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir | |
2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
Artıq 4 gündür davam edən sənəd qəbulunda 4200-dən çox vətəndaş qeydiyyatdan keçib.
Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər.
Sənəd qəbulu avqustun 26-dək davam edəcək.
|
|
09.08.2018 | 14:37 | |
|
|
|