"Təhsil masası" adlı həftəlik brifinqlər keçiriləcək | |
Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək.
Məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.
İlk həftəlik brifinq 6 aprel saat 10:00-da nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.
"Təhsil masası"nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” ilə bağlıdır.
|
|
05.04.2022 | 18:59 | |
|
|
|