“Proqramlaşdırmanın əsasları” mövzusunda olimpiada | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsal iqtisadiyyat fakültəsində tələbələr arasında “Proqramlaşdırmanın əsasları” mövzusunda olimpiada keçirilib.
UNEC-də elan olunan “İnformasiya texnologiyaları (İT) ili” çərçivəsində təşkil edilən olimpiadadan öncə fakültə dekanı, dosent Elman Cəfərov müsabiqə qaydaları barədə tələbələrə məlumat verib.
Müsabiqədə hər komandada 3 tələbə olmaqla, ümumilikdə 12 komanda iştirak edib. Maraqlı keçən müsabiqədə Bəhram Abasov, Cavid Cəfərov və Röya Hüseynovanın təmsil olunduğu komanda qalib olub.
II yeri Süleyman Axundzadə, Duyğu Abdullayeva, Ayan Qafarlının komandası, III yeri isə Əli Həsənzadə, Fatimə Babayeva və Ayxan Abdullayevin təmsil olunduğu komanda qazanıb.
Müsabiqənin sonunda tələbələr mükafatlandırılıblar.
|
|
05.04.2022 | 15:13 | |
|
|
|