Amerikalı professorun ADU müəllimlərinə ustad dərsi | |
Azərbaycan Dillər Universitetində (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə “Language Teachers As Leaders for Positive Change” adlı təlim təşkil olunub. Təlim ADU ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti arasında akademik əməkdaşlıq çərçivəsində Fulbrayt təqaüd proqramı üzrə təlimlərin təşkili, sillabus və fənn proqramlarının tərtib olunmasına dəstək məqsədi ilə ABŞ-ın Azusa Pasifik Universitetinin professoru Nancy Ackles tərəfindən keçirilib. Təlimdə universitetin beynəlxalq münasibətlər və regionşünaslıq və filologiya fakültələrinin müəllimləri iştirak ediblər.
Amerikalı professor ingilis dilinin tədrisi sahəsində tətbiq olunan innovativ metodlar, onların gənc nəslə ötürülməsi, ənənəvi metodun təşkili zamanı diqqət yetirilməli olan məsələlər, tədris prosesi zamanı yarana biləcək problemlər və onların həlli yolları haqqında fikirlərini bölüşüb.
Daha sonra Nancy Ackles müəllimlərin suallarını cavablandırıb.
|
|
05.04.2022 | 11:00 | |
|
|
|