12 yaşında tələbə oldu | |
Meksikadan olan istedadlı uşaq, 12 yaşı təzəcə tamam olmuş Karlos Antonio Santamariyu tarixdə ilk dəfə olaraq Meksikanın ən böyük Milli Muxtar Universitetinin tələbəsi olmaq hüququ qazanıb. Universitetin məlumatında bildirilir ki, Karlosu adıçəkilən ali məktəbdə doqquz yaşından tanıyırlar, o, hələ 3 il əvvəl analitik kimya, biokimya və molekulyar biologiya üzrə kursları bitirərək dərəcə alıb. Sonrakı təhsil üçün o, biotibbi fizikanı seçib. Karlos bu ixtisas üzrə avqustun 6-dan dərslərə başlayıb. "O, universitetin auditoriyalarına valideynlərinin əllərindən tutaraq daxil olacaq ilk tələbə olacaq",- deyə ali məktəbin məlumatında bildirilir. Ali təhsil müəssisəsinə daxil olmaq imkanını qazanmaq üçün, yeniyetməyə orta məktəbdə kamal attestat imtahanları vermək lazım olub. "Mən sadəcə oxumaq istəyirəm: əgər bunun üçün qapıları mənə bağlayacaqlarsa, mən pəncərədən universitetə girəcəyəm", -azyaşlı tələbə deyib. ABŞ-ın Meksikadakı səfirliyi də istedadlı uşağın ünvanına təbrik məktubu göndərib. Diplomatlar onu meksikalı azyaşlı istedad və dahi adlandırıblar.
Oruc MUSTAFAYEV
|
|
07.08.2018 | 10:23 | |
|
|
|