UNEC-də təhsilalanların elmi potensialının artırılması istiqamətində yeniliklər tətbiq olunacaq | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Tələbə Elmi Cəmiyyəti (TEC) və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) sədrləri ilə görüşüb.
Rektor universitetdə yeni elmi baxışların yaranmasının vacibliyinə diqqət çəkərək, tələbələrin bu istiqamətdə mühüm töhfələr verə biləcəklərini vurğulayıb. UNEC-də beynəlxalq bazalarda indekslənən jurnallarda çıxan hər məqaləyə görə müəllimlərlə yanaşı, tələbələrə də 4500 manatadək qonorarın verildiyini və bir neçə tələbənin bu imkandan yararlandığını bildirib. Rektor elmi potensialı və tədqiqat bacarığı olan tələbələrin aşkarlanması, bu bacarıqların yüksəldilməsi, gənc alim kimi yetişdirilməsi məqsədilə universitetin mümkün resurslarından istifadənin davam etdiriləcəyini deyib.
Sonra TEC-in elmi rəhbəri, dosent Emin Qəribli tələbələrin ötən dövr ərzində elmi fəaliyyəti və görülmüş işlər barədə məlumat verib.
Tədbirdə tələbələrin elmi fəaliyyətə cəlb olunması imkanları müzakirə edilib və təkliflər dinlənilib. Tələbələrin böyük marağına səbəb olan UNEC Science Slam elmi yarışının yenidən davam etdirilməsi, tələbə elmi jurnalının yaradılması, praktiki biliklərin artırılması məqsədilə tələbələr arasında keys yarışların təşkili, gündəmə aid iqtisadi, sosial, elmi müzakirələrin aparılması, onlayn elmi müzakirə platformasının yaradılması, xarici universitetlərin tələbələri ilə birgə tədqiqatların aparılması və s. təkliflər səsləndirilib.
|
|
02.04.2022 | 13:54 | |
|
|
|