Amerika səfiri Lənkəran Dövlət Universitetində

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Lənkəran Dövlət Universitetində olub. Universitetlə yaxından tanış olan amerikalı diplomat ali məktəbdə tədris üçün yaradılan şəraitdən məmnun qaldığını bildirib. 

 

Lənkəran Dövlət Universiteti ilə bağlı təəssüratım çox xoşdur. Xüsusən qızlar yataqxanasında gördüklərim məni razı saldı. Kompüter otağının yataqxanaya yaxın olması çox yaxşıdır və tələbələrə gün boyu kompüterdən, internetdən istifadəyə şərait yaradır. Rektor bunu yaxşı fikirləşib. Biz bu il 2 yeni guşənin açılışını etmişik ki, bunun da biri LDU-dadır.  Bura hamı üçün faydalı olacaq, tələbələrə ingilis dili biliklərini  təkmilləşdirməyə imkan yaradacaq. Əminəm ki, mərkəzdən yerli sakinlər də faydalanacaqlar-deyə səfir qeyd edib.  

 



01.04.2022 | 18:54