Təhsil nazirinin qəbuluna yazılmaq istəyənlərin nəzərinə!

Təhsil naziri Emin Əmrullayev aprelin 22-də Şəmkir şəhərində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
 

Qeyd olunan şəhər və rayonların sakinləri 12 aprel 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Həmin şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.


Qeyd edək ki, qəbulun keçirildiyi məkanda müvafiq sanitar-gigiyenik normalara əməl olunmalıdır.

 



31.03.2022 | 11:06