Beynəlxalq ikili diplom proqramları üzrə TAIEX seminarı keçirilib | |
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının "Texniki Yardım və İnformasiya Mübadiləsi" (TAIEX) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün “Beynəlxalq ikili diplom proqramları” mövzusunda seminar keçirilib.
Seminarda təhsil nazirinin müşaviri Nicat Məmmədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Avropa Komissiyasının ekspertləri, İspaniyanın Viqo Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə məsləhətçisi, Milli və Avropa universitetləri üzrə ekspert Eva Garea Oya və İspaniyanın Lion Universitetinin Beynəlmilləşmə məsələləri üzrə rəhbəri Rafel de Paz Uruena, nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələri, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin (CVU) ikili diplom proqramının CVU tərəfdən proqram direktoru Sevinc Məmmədova və 30-dan çox yerli ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edib.
|
|
31.03.2022 | 10:43 | |
|
|
|