Sumqayıt idmançılarının uğurları

Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyası tərəfindən yeniyetmələr arasında boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.

 

Yeniyetmə boksçular arasında 14 çəki dərəcəsi üzrə təşkil olunan birinciliyə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 63 komanda olmaqla 327 idmançı qatılıb.

 

Sumqayıt Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, şəhər üzrə idmançılar müxtəlif çəki dərəcəsində I, II, III yerin sahibi olublar.

 

I yer- Özcan Rəsulzadə 21 nömrəli tam orta məktəb, Ömər Aslanlı - 24 nömrəli tam orta məktəb, Nərmin Əlizadə - 25 nömrəli tam orta məktəb.

 

II yer- Təyyar Allahverdiyev Təfəkkür liseyi, Tofiq Zairov 7 nömrəli məktəb.

 

III yer- Nicat Abdullayev - 26 nömrəli tam orta məktəb.

 

Şakir CƏFƏROV 

 

 



31.03.2022 | 13:58