Azərbaycanlı alim Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi tərəfindən təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Nazilə Soltanova səmərəli elmi fəaliyyətinə görə Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsi (CIPDH) tərəfindən “Xurşidbanu Natəvan” adına qızıl medalla təltif edilib.

 

Alim, həmçinin ABŞ-ın “Astronomiya ve astrofizika” beynəlxalq elmi jurnalının redaksiya heyətinə üzv seçilib.

 

Qeyd edək ki, hazırda dünyanın “European Science Review”, “Humanities and Social Sciences”, The Young Scholars”,  “Science Forum”, “American Journal of Astronomy and Astrophysics”, “European Academy of science Germany” kimi tanınmış beynəlxalq elmi nəşrlərinin redaksiya heyətlərində təmsil olunan N.Soltanova, bundan öncə də elmi nailiyyətlərinə görə ölkədə və xaricdə müxtəlif mükafatlarla təltif olunub.

 

 Alimin bu günədək yerli və xarici jurnallarda 100-ə yaxın elmi məqaləsi, Azərbaycan, Almaniya və ABŞ-da çap edilməklə 10 kitabı və 1 elmi ixtirası mövcuddur.



31.03.2022 | 13:19