Universitet-sənaye iş birliyi inkişaf etdirilir

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasında “ATEF Şirkətlər Qrupu”nun  baş mühəndisi Nadir Kərimovla görüş keçirilib. Görüşdə AzTU-nun Tədris şöbəsinin müdiri Ərəstun Məmmədov, dekanlar, kafedra müdirləri və tələbələr iştirak ediblər.

 

Baş mühəndis Nadir Kərimov “ATEF Şirkətlər Qrupu”nun fəaliyyəti, Maşınqayırma texnologiyası kafedrası tələbələrinin müəssisədə keçdiyi istehsalat təcrübəsinin gedişi, elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 



30.03.2022 | 13:21