UFAZ tələbəsi Massaçusets Texnologiya İnstitutuna tam təqaüdlə qəbul olub | |
Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi üzrə bakalavr pilləsinin tələbəsi Ləman Cəlilova dünyanın ən qabaqcıl texnologiya universiteti olan Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul olub.
UFAZ-dan verilən məlumata görə, L.Cəlilova Amerikanın nüfuzlu ali məktəbində magistr təhsili alacaq. O da bildirilib ki, universitetin tələbəsi dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə uğur qazanıb. |
|
29.03.2022 | 16:12 | |
|
|
|