“31 mart soyqırımı – 1918” mövzusunda beynəlxalq konfrans

Azərbaycan Dillər Universitetində ADU Multikulturalizm Mərkəzinin və ADU YAP İlk ərazi təşkilatının rəhbərliyi ilə “31 mart soyqırımı – 1918” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

ADU Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə baş tutan konfransda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Cəbi Bəhrəmov “Azərbaycan xalqına qarşı 1918-cı il mart soyqırımı cinayətləri: tarix və müasir dövr”, Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov “31 mart soyqırımının yekunları və nəticələr”, ADU Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “1918-ci il mart soyqırımı: səbəblər və nəticələr”, ADU Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının dünyada tanıdılması istiqamətində problemlər və perspektivlər” mövzusunda məruzələrlə çıxış ediblər. 

 

Konfransa Türkiyədən qatılan tarixçi Dr. Qiyas Şüküroğlu “Mart hadisələrinin Osmanlı kamuoyuna yansımaları”, ADU Türkiyə Araşdırmaları Mərkəzinin müdiri  Aynur Babaşova “Beşkonak soyqırımların tarixi kökləri” mövzularında çıxış ediblər. Türkiyəli jurnalist Zeynep Batimor soyqırımların ictimai-siyasi səbəblərini qabardıb, Xocalı soyqırımına həsr etdiyi kitabın yazılma tarixindən danışıb.  

 

Konfrans sual-cavab və müzakirələrlə davam edib.

 

 



29.03.2022 | 15:09