Ege Universitetinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində tədrisi davam etdirir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin bir qrup professor-müəllim heyəti Aqrar Universitetdə tədrisi davam etdirir, seminarlar təşkil edir.

 

Universitetin müvafiq ixtisaslar üzrə professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən dərslər beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif fənlərin tədrisi ilə bağlı son texnologiyalardan istifadə və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əməkdaşlıq imkanlarını təmin etmək məqsədi daşıyır.


Qeyd edək ki, Aqronomluq, Bitki mühafizəsi, Aqromühəndislik və İqtisadiyyat ixtisasları üzrə gələcəyə dayanıqlı kadr hazırlığının aparıldığı ikili diplom proqramı çərçivəsində qeyd edilən ixtisasların hər birinə 2021-2022-ci tədris ilində otuz tələbə qəbul olunub və bu say 2022-2023, 2023-24-cü tədris ili üçün də keçərlidir.

 

 



29.03.2022 | 11:48