Sən də təhsil vloqeri ol! | |
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər iştirak edə bilər;
- Müsabiqədə iştirak etmək istəyənlər maraqlı və innovativ keçən tədris anını video formatda qeydə almalıdır;
- Video 2 dəqiqədən artıq olmamalıdır;
- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 20 may 2022-ci il tarixinədək%20eduvloger@edu.gov.az elektron ünvanına göndərməlidir.
Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif ediləcəklər.
|
|
28.03.2022 | 17:39 | |
|
|
|