“Ən yaxşı təqdimat” müsabiqəsinə qeydiyyat başlayır | |
Martın 28-də “Ən yaxşı təqdimat” müsabiqəsinə elektron ərizə qəbuluna start verilir. Qeydiyyat prosesi www.portal.edu.az üzərindən həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqədə iştirak etmək istəyən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər.
Müsabiqə müəyyən olunmuş mövzular əsasında rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə video formatda təşkil ediləcək. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
|
|
28.03.2022 | 10:42 | |
|
|
|