“Məişət zorakılığının qarşısının aılnması və onunla mübarizə” | |
Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda elmi seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil müəssisələrində mühazirə və seminarların təşkilinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, tədbirin əhəmiyyətindən danışıb.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri”, Mingəçevir Valideynlər Assosiyasiyasının sədri, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Fərman Nəbiyev “Məişət zorakılığına qarşı mübarizədə media və QHT-lərin rolu”, MDU-nun əməkdaşlarından Şəfa Quliyeva “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik”, Nərgiz Niftəliyeva “Məişət zorakılığının yaranma səbəbləri və psixoloji aspektləri”, Elvin Abbasov “Məişət zorakılığından müdafiə vasitələri” mövzularında çıxış ediblər
Sonda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, seminar iştirakçıları tərəfindən məruzələr ətrafında geniş müzakirələr aparılıb, təqdim edilən çoxsaylı suallar cavablandırılıb.
|
|
19.03.2022 | 12:22 | |
|
|
|