ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar | |
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov Naxçıvan Dövlət Universitetində olublar.
Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verib.
ADA Universiteti Tələbə qəbulu şöbəsinin əməkdaşı E.Göyüşov qeyd edib ki, universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Diqqətə çatdırılıb ki, universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Sonra qonaq tələbələri universitetə qəbul qaydaları ilə tanış edib. Vurğulanıb ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqda tələbələri məlumatlandırmaqdır. Diqqətə çatdırılıb ki, ADA Universiteti qəbul zamanı yüksək nəticə göstərmiş tələbələrə universitetdə işləyərək həm təhsil haqqından azad olmaq, həm də təcrübə qazanmaq şansı verir.
ADA Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva vurğulayıb ki, universitet seçmə fənlər, ümumi təhsil proqramı vasitəsilə əməkdaşlıq edərək və ünsiyyət quraraq həllər irəli sürən yüksək potensiala malik məzunlar yetişdirir.
Qarşılılqlı müzakirə şəklində keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb.
|
|
15.03.2022 | 18:00 | |
|
|
|