“Mühəndislik düşərgəsi” üçün seçmə imtahan keçirilib

Tələbələr arasında “Mühəndislik düşərgəsi” üçün seçmə imtahan təşkil olunub.


İmtahanda ümumilikdə 605 tələbə iştirak edib.


İmtahan nəticələri 15 mart 2022-ci il tarixində tələbələrin qeydiyyatdan keçərkən istifadə etdikləri elektron poçt ünvanlarına göndəriləcək.


Qeyd edək ki, düşərgə 22-26 mart tarixlərində Qubada Təhsil İnstitutunun və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.


Düşərgənin təşkilində əsas məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqənin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etmək, eləcə də real əmək bazarının hansı mühəndislik səriştələri tələb etdiyini öyrətmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilidir.


Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər. Tələbələrə maraqlı olan mövzular-layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək, onlara hazırda dünyada mühəndislik sahəsində baş verən təcrübələr göstəriləcək.


Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.



14.03.2022 | 11:45