İyul ayında 7 091 müraciət daxil olub | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyul ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 7 091 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 771 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 754 vətəndaş müraciəti daxil olub. 197 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 907 sənəd (vətəndaşlar tərəfindən 627 ərizə, Təhsil Nazirliyindən 209, digər qurumlardan 165, məktəblərdən 246 məktub, 36 strukturdaxili yazışma və 624 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 462 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
|
|
02.08.2018 | 10:17 | |
|
|
|