Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşü olub

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tərkibində fəaliyyət göstərən təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Ruslan Ağayev, Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Hüquqi təminat idarəsinin inspektoru Tural Çələbiyev Azərbaycan Texniki Universitetinin (AzTU) əcnəbi tələbələri ilə görüşüb. Görüşdə AzTU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin nümayəndələri də iştirak ediblər.

 

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hazırda ölkədə həyata keçirilən miqrasiya siyasəti ilə bağlı əcnəbi tələbələrə ətraflı məlumat verib. Bundan başqa, ölkəyə giriş-çıxış şərtləri, pandemiya şəraitində tətbiq edilən güzəştlər və digər məsələlər də əcnəbi tələbələrin diqqətinə çatdırılıb. 

 

Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.

 

 



11.03.2022 | 17:29