Fevral ayında 206 nəfərin diplomu tanınıb | |
Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı üçün tanınma üzrə statistikanı açıqlayıb. Belə ki, fevral ayı üzrə 268 müraciətçinin 206-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 87, Ukraynadan 70, Türkiyədən 57, Gürcüstandan 16, ABŞ-dan 5, digər ölkələrdən isə 33 müraciətin olduğu müşahidə olunur.
|
|
03.03.2022 | 10:05 | |
|
|
|