Universitetin minifutbol komandası şəhər turnirinin qalibi olub | |
Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələri arasında minifutbol üzrə şəhər turniri keçirilib.
Universitetin İdman-sağlamlıq kompleksində təşkil edilən turnirdə MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.
|
|
03.03.2022 | 12:32 | |
|
|
|