Uşaqlar üçün yay düşərgəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin uşaqları üçün Şəki və Qax rayonlarında beşgünlük yay düşərgəsi təşkil olunub. Qeyd edək ki, burada məqsəd mərkəzə qəbul edilmiş çətin həyat şəraitində yaşayan uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın gözəl təbiətə malik olan bölgələrində dincəlmələri, dünyagörüşlərinin artırılmasıdır.

 

“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən yaradılan mərkəzə çətin həyat şəraitində yaşayan 30-dan çox uşaq (o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar) qəbul edilib. Onlar gündəlik olaraq və gün ərzində yarımstasionar formada sosial xidmətlərlə təmin olunublar. Uşaqlar, həmçinin müxtəlif dərnəklərə cəlb edilməklə ilkin bacarıqları inkişaf etdirilir, onların cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.

                                                               

Sifai SƏFƏROVA

 



30.07.2018 | 17:09