Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində idman bal rəqsləri üzrə Bakı birinciliyi təşkil olunub.
Çempionat Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, İdman Rəqsləri Federasiyası İctimai Birliyinin əməkdaşlığı ilə baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd bal rəqsinin təbliği və inkişaf etdirilməsi, uşaqların idman və incəsənətə olan marağının artırılması, istedadlı gənclərin aşkar edilməsindən ibarət olub.
Müsabiqə 12 kateqoriyada 3 yaş qrupu (6-10, 11-15, 16-21), Avropa və Latın Amerika proqramı, duet və solo ifaçıları nominasiyaları üzrə keçirilib.
Pandemiya qaydalarına uyğun uşaq, yeniyetmə və gənclər arasında keçirilən çempionatda 75 iştirakçı mübarizə aparıb.
Çempionatın baş hakim qismində İdman rəqsləri Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü Məryəm Quliyeva və baş katib Fərid Mehdiyev iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Çempionatın nəticələrinə əsasən, 6-10 yaş qrupu üzrə I yerə Rüfət Mikailov, Ameliya Muradova, II yerə Kərim Səfərli, Viktoriya Mineyeva, III yerə Murad Hüseynov, Karolina Kazakova; 11-15 yaş qrupu üzrə I yerə Qaflan Abbasov, Anastasiya Kşnyakina, II yerə Raul Əliyev, Darya Kşnyakina, III yerə Vasiliy Lebedev, Selena Qrızak; 16-21 yaş qrupu, Standart və Latın proqramı nominasiyası üzrə I yerə Fərhad Ağayev, Valeriya Kovalyova, II yerə Timur Şevçenko, Elza Yeliseyeva, III yerə Riad Quliyev, Aylin Quliyeva; 16-21 yaş qrupu, solo Standart və Latın proqramı nominasiyası üzrə I yerə Nigar Novruzova, II yerə Ülviyyə Əhmədova, III yerə Aynur İsmayılova layiq görülüblər.
Sonda yarışın qaliblərinə medal və diplomlar təqdim edilib.
|