Xocalı soyqırımına həsr olunmuş intellektual turnir | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "ADPU Könüllüləri" Tələbə Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" formatında intellektual turnir keçirilib.
Universitetin müxtəlif fakültələrinin tələbələrindən ibarət 15 komandanın mübarizə apardığı gərgin yarışın nəticələrinə görə, "Kripton" komandası təqdim olunan 16 sualdan 13-nü doğru cavablandıraraq turnirin qalibi olub. Növbəti yerləri isə müvafiq olaraq 9 balla "Terapi" və "Topçubaşov" komandaları, 8 balla "Dəmir yumruq", "Bermuda" və "Varibiality" komandaları bölüşürlər.
|
|
21.02.2022 | 13:56 | |
|
|
|