ABŞ səfirliyinin müşaviri ADNSU-da

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ABŞ səfirliyinin Mədəniyyət və Təhsil üzrə müşaviri  Riçard Pinkham və nümayəndə heyəti ilə görüşüb.

 

Rektor M.Babanlı ADNSU-da tədris, beynəlxalq əlaqələr, akkreditasiya olunan və ingilis dilli ixtisaslar, yaşıl enerji layihələri və universitetdə görülən işlərlə bağlı qonaqlara məlumat verib.  ABŞ universitetləri ilə əlaqələrin daha da genişləndirilməsinin, xüsusən də tədqiqat yönümlü əməkdaşlığın, birgə startap layihələrinin həyata keçirilməsinin, süni intellekt və İT sahəsində əməkdaşlığın universitet üçün vacib olduğunu deyən M.Babanlı növbəti tədris ilindən süni intellekt sahəsində, həmçinin xarici professorların cəlb olunması istiqamətində bir sıra yeni layihələrin nəzərdə tutulduğunu qeyd edib.

 

Mədəniyyət və Təhsil üzrə müşavir  R.Pinkham səfirliyin hazırda mövcud olan təhsil proqramlarından danışıb. O, tələbə və müəllim mübadiləsinə imkan yaradacaq layihələrin reallaşmasında, həmçinin startap və süni intellektlə bağlı layihələrdə, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

 



21.02.2022 | 12:26