GDU-da akademik borcu qalmış tələbələrin yay semestri başlayıb | |
Gəncə Dövlət Universitetində rektorluğun 13 iyul 2018-ci il tarixli, 5/157 saylı əmri ilə 2017/2018-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalmış əyani və qiyabi təhsil formasında, bakalavriat səviyyəsində müxtəlif ixtisaslarda təhsil alan tələbələr üçün ödənişli əsaslarla yay semestri təşkil olunub.
Yay semestrində 6 fakültə üzrə müxtəlif ixtisaslarda təhsil alan 33 tələbənin 10 fəndən 10 kreditdən çox olmamaq şərti ilə tədris məşğələlərində iştirakına icazə verilib.
Yay semestrinin tədris məşğələləri 17 iyul 2018-ci il tarixdə başlayıb, 18 avqust 2018-ci il tarixdə başa çatacaq. Yay semestrinin təşkili üçün rektorluq tərəfindən və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Tədris məşğələləri fənn müəllimləri tərəfindən saathesabı icra olunur.
Yay semestrinin imtahanları 21-25 avqust 2018-ci il tarixdə təşkil olunacaq. İmtahanlara üzrlü səbəbdən gəlməyən tələbələr bu barədə sənəd təqdim edərsə 1-10 sentyabr tarixdə onların təkrar imtahan vermələri üçün şərait yaradılması nəzərdə tutulub.
|
|
30.07.2018 | 14:33 | |
|
|
|